Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinə səfəri çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”nu Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzalayıblar. Həmçinin iki ölkə arasında gənclər və idman sahələrində, beynəlxalq dəniz ticarət, mülki aviasiya və hava daşımaları, kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.