Nizami rayonundakı 328 nömrəli məktəbdə Akademik Milli Dram Teatrının aktyorları - Xalq artisti Nurəddin Mehdixanlı və Anar Heybətovla görüş keçirilib. Görüşü giriş sözü ilə məktəbin direktoru Asif Nəbiyev açaraq teatrın cəmiyyətdəki və hər bir xalqın mədəni inkişafındakı rolundan danışıb.
Məktəbin musiqi müəllimi Nailə Heydərovanın şagirdlərlə hazırladığı səhnəciklər qonaqların marağına səbəb olub. Sonra şagirdlərlə aktyorlar arasında maraqlı diskussiya baş tutub.
Tədbirin təşkilatçısı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnaz Eyvazlı təkliflərini qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirib.
Məktəblilərin arzusu ilə Nurəddin Mehdixanlı müəllifi olduğu şeiri səsləndirib. 7-ci sinif şagirdi Səid Cümşüdov isə “Ölülər” əsərindən Kefli İsgəndərin monoloqunu söyləyib.