Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Tərsinə çevrilmiş dünya” filminin çəkilişləri başa çatıb. Kinostudiyadan bildiriblər ki, film detektiv janrdadır. Azərbaycan və İran kinematoqrafçılarının birgə işi olan filmin çəkilişləri İranın Ənzəli və Tehran şəhərlərində, sonra isə Azərbaycanın Gəncə şəhərində aparılıb.
   Xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilən ekran işinin rejissoru Ənvər Əblucdur. “Tərsinə çevrilmiş dünya” filmi müştərək olduğundan burada yerli aktyorlarla yanaşı, iranlı aktyorlar da çəkiliblər. Ekran əsəri gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir işdir. Filmin premyerası həm İranda, həm də Azərbaycanda keçiriləcək. Film tamaşaçılara 2011-ci ilin əvvəlində təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar