Martın 7-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə rəsm sərgisi açılacaq.
İttifaqın təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə 40-dək sənət əsəri nümayiş olunacaq.
Ekspozisiyada qadın gözəlliyinə və zərifliyinə həsr olunmuş əsərlər yer alacaq. Sərgi bir gün ziyarətçilər üçün açıq olacaq.