Dekabrın 24-də Sumqayıt şəhərində “40-cı qapı” filminin premyerası olacaq. Bu barədə “Ritm production” kino şirkətinin direktoru, filmin prodüseri Xəqani Həşimov məlumat verib. Onun sözlərinə görə, premyera ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin dəstəyi ilə “Kimyaçı” Mədəniyyət Sarayında keçiriləcək. Premyerada yaradıcı heyətlə bərabər filmlərdən mahnılar ifa edəcək nəğməli qonaqlar da iştirak edəcəklər.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Ritm Production” da çəkilmiş “40-cı qapı” bədii filmi bu vaxta qədər dünyanın 28 beynəlxalq film festivallarında iştirak edib, müxtəlif nominasiyalarda 11 mükafat və 6 diplom qazanıb.
   Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elçin Musaoğludur. Rollarda Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, xalq artistləri Elmira Şabanova, Rafiq Əzimov və başqaları çəkiliblər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar