Məşhur ispan rəssam Salvador Dalinin (1904-1989) “Profildən fiqur” əsəri Londonun “Bonhams” hərrac evində 1,8 milyon funt sterlinqə satılıb. Bu haqda hərrac evinin saytında məlumat verilib.
   Əsər 1925-ci ildə çəkilib. Dali rəsmdə bacısı Anna Mariyanı təsvir edib. Rəssam bu əsərini bacısı ilə münasibəti korlandıqdan əvvəl çəkib və ona hədiyyə edib. 1942-ci ildə Salvador Dali öz avtobioqrafiyasını yazıb. Orada bəzi məqamlar bacısının xoşuna gəlməyib və 1949-cu ildə Anna öz memuarını nəşr etdirib.
   Əsərin ilkin qiyməti 800 min funt sterlinq olsa da, hərracda 1,2 milyon funta qalxıb, yekun qiyməti isə 1,8 milyon funt sterlinq olub. 
   Məlumatda qeyd olunur ki, bu əsər Dalinin həyat və yaradıcılığın vacib və nadir əsərlərindən biri olub və heç vaxt hərraclara çıxarılmayıb.