Azərbaycanın məşhur vokal ifaçısı Bülbül haqqında ikiseriyalı sənədli film çəkilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Fuad Dadaşovun verdiyi məlumata görə, film üzərində iş bir neçə il davam edib. Filmin çəkilişləri Bakıda, Azərbaycanın rayonlarında və Moskva şəhərində aparılıb.
“Qarabağ Bülbülü” adlanan film 92 dəqiqədən ibarətdir. Filmdə arxiv materiallarından da istifadə edilib. Lazımi materialların bir qismi Bülbül Fondu və Bülbülün ev-muzeyindən verilib.
Filmin təqdimatının 2011-ci ilin ilk aylarında keçirilməsi nəzərdə tutulur. Ekran əsərinin Rusiyanın televiziya kanallarında nümayişi istiqamətində də danışıqlar aparılır.