Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup müəllim və tələbəsi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhərinin Şağan kəndində fəaliyyət göstərən 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olublar.
ATMU-dan verilən məlumata görə, müəllim və tələbələr sağlamlıq imkanları məhdud vətəndaşlarımız üçün yaradılan şəraitlə, uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Uşaq və qocalar evinə, eləcə də əlillər və sağlamlıq imkanları məhdud uşaqların yaşadığı müəssisələri Azərbaycan Turizm və Menecment Universiteti kollektivinin vaxtaşırı ziyarət etməsi tələbələrdə mərhəmət hissinin daha da güclənməsinə xidmət edir.
F.Hüseynov