Mayın 9-dan 14-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin "Traviata" əsəri nümayiş etdiriləcək.
Teatrın saytında yer alan məlumata görə, Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva (soprano) mayın 9-da, 11-də və 13-də səhnə əsərində Violetta Valeri obrazını canlandıracaq. Əməkdar artist Elçin Əzizov (bariton) isə mayın 10-da, 12-də və 14-də Jorj Jermonun partiyasını ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib.
E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. P.Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", J.Bizenin "Karmen", M.Musorqskinin "Boris Qodunov" və s. əsərlərdə yaddaqalan obrazlar yaradıb.