Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Bonn şəhərində ölkəmizlə bağlı təqdimat keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, türk diasporunun təmsilçiləri, soydaşlarımız və alimlər iştirak ediblər.
Tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, tolerantlıq ənənələri, Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında geniş məlumat verilib. Raynland-Pfalts əyaləti parlamentinin deputatı Rahim Şmidt, Almaniyada hüquq təhsili alan tələbələr çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniyadan və digər Avropa dövlətlərindən ədalətli mövqe tələb edib, Xocalı soyqırımını tanımağa və faciəyə beynəlxalq hüquqi qiymət verməyə çağırıblar.
Alman iştirakçı Günter Vaschke ilyarım Azərbaycanda yaşaması haqqında və ölkəmizlə bağlı maraqlı təəssüratlarını bölüşüb.