İranın beynəlxalq Kiş Film Festivalının sifarişi ilə “Nizami Gəncəvi” sənədli filmi çəkiləcək. Filmin çəkilişi Azərbaycandan olan gənc rejissor Nigar İmranovaya həvalə edilib. Yeni ekran əsərinin operatoru Sərxan Musayev, montajçısı Vüqar Əliyev, səs rejissoru Vüsal Həsənov olacaq.
   Nigar İmranova bildirib ki, filmin çəkilişlərinə bu yaxınlarda başlanılacaq. Filmdə Nizaminin ümumbəşəri şair olması önə çəkiləcəkdir. Rejissor vurğulayıb ki, Nizami Gəncəvinin yazdıqları və ideyaları bu gün də insanların gündəlik həyatlarında yada salınır: “Bu, mənim öz ideyamdır və filmi çəkəndən sonra İranın Beynəlxalq Kiş film festivalına təqdim edəcəyəm”.
   Beynəlxalq Kiş film festivalı bu il aprelin sonlarında İranın Kiş adasında keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar