Saf havası, füsunkar təbiəti ilə tanınan Lerik rayonu uzunömürlülər diyarıdır. Təsadüfi deyil ki, rayonda dünyada yeganə olan Uzunömürlülər muzeyi də fəaliyyət göstərir. Muzeydə tez-tez müxtəlif tədbirlər təşkil edilir.
Növbəti tədbir rayonun ağsaqqallarına həsr olunmuşdu. “Hər kəs yüz il yaşamasa...” adlı görüşə gələnlər öncə muzeydəki eksponatlara baxdılar. Muzeyin müdiri Dilarə Fətullayeva qonaqlar haqqında məlumat verdi. 168 il ömür sürmüş Şirəli Müslümovun qardaşı oğlu, Böyük Vətən müharibəsi veteranı Söhbət Fərziyev, Vəliağa Şıxəliyev, Ramazan Mirzəyev söz alıb indiki xoş həyat üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Ağsaqqallara ünvanlanan sualların cavabları da maraqla qarşılandı.
1 saylı orta məktəbin şagirdlərinin ifasında “Ürək deyir yaşa hələ” adlı ədəbi-bədii kompozisiya görüşə xüsusi ovqat qatdı.
Zəfər Orucoğlu
Lerik