Amerika Kinotənqidçiləri Cəmiyyəti ötən ilin “ən yaxşı" filminin adını açıqlayıb. “Associated Press" agentliyinin verdiyi məlumata görə, rejissor Devid Finçeirin “Sosial şəbəkə" filmi tərəfindən 2010-cu ilin ən yaxşı filmi adına layiq görülüb.
   
   İlin filmi adını qazanan "Sosial şəbəkə" Amerika Kinotənqidçiləri Cəmiyyətinə üzv olan 61 iştirakçının 46-nın səsini qazanıb.
   İlin “ən yaxşı aktyoru" adı isə "Sosial şəbəkə" filmindəki roluna görə Cessi Ayzenberqə nəsib olub. "Ən yaxşı rejissor" adını ekran əsərinin rejissoru Devid Finçer qazanıb. “Sosial şəbəkə"nin ssenari müəllifi Aron Sorkin isə “ən yaxşı film ssenarisi" işinə görə mükafatlandırılıb.
   İlin "ən yaxşı aktrisası" adına isə "Qalib gəlmək" filmində italyan diktatoru Benito Musollinin məşuqəsi rolunu canlandıran Covanna Mezogiorno layiq görülüb. İkinci planda "ən yaxşı kişi" aktyoru adında "Kral danışır" filmindəki ifası ilə Ceffri Raş, qadın aktrisalardan isə rejissor Roman Polanskinin "Kabus yazıçı" filmində rol alan aktrisa Oliviya Uilyams yer alıb.
   Onu da qeyd edək ki, əsası hələ 1966-cı ildə qoyulan Amerika Kinotənqidçiləri Cəmiyyəti iştirakçıları arasından Rocer Ebert, Devid Denbi və s. nüfuzlu simalar meydana çıxıblar.
   
   Vəfa Zeynalova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar