Türkiyənin Radio və Televiziya Şurası (Radyo-Televizyon Üst Kurulu - RTÜK) Sultan Süleyman Qanuninin həyatından bəhs edən “Möhtəşəm yüz il” serialının müəlliflərinə xəbərdarlıq edib. RTÜK-ün son toplantısında “Show TV”də yayınlanan və ilk seriyasından sonra Türkiyə ictimaiyyətinin mühafizəkar kəsimində ciddi etirazlara səbəb olan “Möhtəşəm yüz il” serialı ilə bağlı şikayətlərə baxılıb.
   Qəbul olunmuş qərarda deyilir ki, serial qanunvericiliyin televiziya proqramlarının cəmiyyətin mənəvi dəyərlərinə zidd olması ilə bağlı maddəsini pozub. Serial müəlliflərinə xəbərdarlıq edilib ki, qanun pozuntusu aradan qaldırılmasa, serialın yayımı dayandırılacaq. “Möhtəşəm yüz il” serialında Sultan Süleymanın içki aludəçisi, hərəmxana saxlayan hökmdar kimi təqdim edilməsi, gənc qızları zorla özünün hərəmxanasına gətirməsi və s. narazılığa səbəb olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar