Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair, filologiya elmləri doktoru Zahid Xəlilin 75 illiyinə həsr olunmuş tədbir keçirilib.
Yubilyarın da iştirak etdiyi tədbirdə Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, 189-190 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Məmmədova uşaq və yeniyetmələrin vətənpərvərlik, humanizm ruhunda tərbiyə edilməsində Zahid Xəlilin əsərlərinin əhəmiyyətindən söz açıblar. 189-190 nömrəli orta məktəbin 1A sinif şagirdləri şairin şeirlərini söyləyiblər. Tofiq Quliyev adına 11 illik Musiqi məktəbi şagirdlərinin ifasında mahnılar səslənib, kitabxana əməkdaşlarının iştirakı ilə Z.Xəlilin “Qaçağan dovşan” hekayəsi əsasında hazırlanmış səhnəcik təqdim olunub.