Azərbaycan teleməkanında (“Xəzər” TV) “Küləklər şəhəri” adlı yeni serial nümayişə başlayıb. Rejissor Samir Qulamov 20 seriyalıq filmin həftədə bir dəfə nümayiş etdiriləcəyini deyib: “Serial uşaq evində böyüyən və sonradan oğurlanıb Ukraynaya aparılan şəxsin həyatından bəhs edir. Pis şəraitdə tərbiyə alıb sonradan killerə çevrilən həmin şəxsin başına gələn hadisələr filmdə cərəyan edir. Serialda məhəbbət mövzusu, İslam dəyərlərin aşılanması da yer alıb”.
   Filmin çəkilişlərinin bir hissəsi Dubayda və Dağıstanda aparılıb. Çəkilişin müəyyən qisminin Kiprdə çəkilməsi də nəzərdə tutulub.
   Rejissor filmin adı barədə də fikirlərini açıqlayıb: “Bakı küləklər şəhəridir. Paytaxtda eyni zamanda müxtəlif yerlərdən gələn insanlar yaşayır. Küləklər məcazi mənada xarakterlərin şəhəri kimi izah olunur. Yəni “Küləklər şəhəri” serialı xarakterlərin şəhərindən bəhs edir. Bakıda ənənələrin mübadiləsi gedir”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar