Comedy Central və MTV şirkətləri komediya sahəsində “The Comedy Awards” adlı illik mükafat təsis ediblər. Yeni mükafat müxtəlif kateqoriyalarda: kino, televiziya, internet və komiklərin canlı çıxışları üzrə veriləcək.
   Mükafatlandırma təşkilat komitəsi komediya janrında çalışan 500-dən 1000 nəfərə qədər insanları seçəcək. Onlar isə öz növbəsində qalibləri təyin edəcək. Peşəkar nominasiyalardan başqa internet vasitəsi ilə keçirilən tamaşaçı səsverməsi də olacaq.
   İlk mükafatlandırma mərasimi Nyu-Yorkda 2011-ci ilin mart ayının 26-da keçirilməsi planlaşdırılıb. Efirdə isə aprelin 10-da Comedy Central, MTV, VH1 və digər nəhəng kabel televiziyaları vasitəsi ilə canlı yayımlanacaq. Bildirilir ki, mərasimdə iştiraka Billi Kristal, Set Makfarleyn, Vupi Qoldberq, Uill Ferrel və başqa məşhurlar öz razılığını bildirib.
    Bundan başqa Comedy Central və MTV şirkətləri bütün ölkə üzrə yumoristlərin dəstəklənməsi məqsədi ilə xüsusi fond yaradıldığını elan ediblər. Bu fond yumoristlərin ölkədə dəstəyi ilə məşğul olacaq. İş burasındadır ki, (aktyorların, prodüserlərin, ssenaristlərin əksinə olaraq) hazırda yumoristlərin hüquqlarını qoruyacaq nə bir həmkarlar təşkilatı, nə də gildiya var. Məhz bu səbəbdən komediyaçılar dəfələrlə müxtəlif problemlərlə, o cümlədən maliyyə çətinlikləri ilə üzləşirlər.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar