Dahi italyan rəssamı Leonardo da Vinçinin (1452-1519) tamamlanmamış əsərlərindən biri, çətin zamanlar yaşamış “Cadugərlərin sitayişi” artıq bərpa edilib və sərgidə nümayiş etdirilir.
   Əsər yeni parlaqlığı ilə İtaliyanın Florensiya şəhərindəki Uffizi qalereyasına (Galleria degli Uffizi) qayıdıb. Uffizi qalereyasının direktoru Eiki Şmit deyib: “Bu, Leonardonun ən mühüm əsərlərindən biridir. Biri “Mona Liza”, digəri isə “Sonuncu şam yeməyi” olmaqla, bu, Leonardo de Vinçinin üçüncü ən məşhur əsəridir. Lakin tünd rənglərdə çirkli ləkələrə boyanmış bu əsər həmişə sirli olaraq qalmışdı. Bərpa işlərindən sonra yüz illərlə toz basmış əsərdə yeni detallar görmək olar. Əsərdə əvvəllər kirdən görünməyən əlavə fiqurlardan savayı ön və arxada əlavə relyef, eləcə də orta və arxa planda insanları görə bilirik”.
   Leonardo de Vinçinin 1481-ci ildə başladığı və sona çatdıra bilmədiyi əsərin nümayişi Uffizi qalereyasında sentyabr ayınadək davam edəcək.