Növbəti uşaq rəsm müsabiqəsi
   
   Bakı Xətai Sənət Mərkəzi “Mənim düşüncəm-2017” adlı uşaq rəsm müsabiqəsinə start verib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
   1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş müsabiqə uşaqlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, mühitə münasibətin mükəmməlləşməsi məqsədi daşıyır.
   Müsabiqədə 15 yaşa qədər olan uşaqlar iştirak edə bilər. İştirak etmək istəyənlər şəxsi məlumatlarını, işlərinin ad, ölçü və texnikası barədə məlumatı mayın 15-dək xsm.2016@mail.ru elektron ünvanına göndərə bilərlər.