Fransanın saytında “Azərbaycan-Bakı: kontrastlar paytaxtı” adlı məqalə dərc olunub. Məqalədə ölkəmiz, onun coğrafiyası haqqında məlumat verilərək, dünyada ilk neft quyusunun Xəzər dənizi sahilində yerləşən Bakıda qazıldığı bildirilib. Ölkəmizin iqtisadi inkişafından bəhs olunub.
İçərişəhər haqqında ətraflı məlumat verilərək, onun UNESCO-nun Dünya irs siyahısına daxil edildiyi diqqətə çatdırılıb. Bakı şəhərinin arxitekturasından, dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi və “Alov qüllələri”ndən söz açılıb. Yazıda Bakının bir çox beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etdiyi də qeyd olunub.