Aprelin 7-də Azərbaycan Milli İncəsənət Muzeyi ilə Ukraynanın Taras Şevçenko adına Milli Muzeyi arasında skayp vasitəsilə virtual görüş keçirildi. Tədbir 2016-cı ilin dekabr ayında iki muzey arasında birgə əməkdaşlığa dair imzalanan müqaviləyə əsasən təşkil olunmuşdu. 
   Virtual görüşdə Ukrayna Milli Muzeyinin elmi işlər üzrə direktor müavini Marta Lopatiç, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin bir sıra üzvləri və Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları iştirak edirdilər. Ukrayna Milli Muzeyinin əməkdaşı muzey haqqında, o cümlədən Ukrayna ədəbiyyatının görkəmli nümayəndəsi Taras Şevçenkonun həyat və yaradıcılığı ilə bağlı faktları diqqətə çatdırdı. Sınaq layihə üzrə görüş hər iki muzeyin əməkdaşları tərəfindən böyük maraqla qarşılandı. Daha sonra iştirakçılar arasında muzey işinin təşkilinə dair fikir mübadiləsi aparıldı. 
   Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən bu təcrübənin regionlarımızda fəaliyyət göstərən muzeylərlə də həyata keçirilməsi nəzərdə tutulur.
   
   Lalə