Türkiyənin Azərbaycandakı keçmiş səfiri olmuş, hazırda isə qardaş ölkənin elçisi kimi Moldovada fəaliyyət göstərən Hulusi Kılıç “İlin diplomatı” adına layiq görülüb.
   Aprelin 7-də İstanbulda “İpək Yolu” Strateji Araşdırma Mərkəzi və “İpək Yolu” jurnalı tərəfindən “İlin qızıl adamları” mükafatları təqdim edilib. Mərasimdə türk dünyasının on ölkəsindən gələn dövlət adamları və ziyalılar iştirak edib.
   Toplantıda səfir Hulusi Kılıça “İlin diplomatı” mükafatını Azərbaycan Milli Məclisinin üzvü Adil Əliyev təqdim edib.
   H.Kılıç bildirib ki, belə bir mükafata layiq görülmək onun boynuna həm də böyük bir məsuliyyət qoyur ki, gələcəkdə də bunu doğrultmağa çalışacaq. 
   Qeyd edək ki, bu il 13-cü dəfə təşkil olunan tədbirdə il ərzində müxtəlif sahələrdə əməyi keçən və böyük nailiyyətlər əldə edən şəxsiyyətlər bir neçə nominasiyalarda təltif olunur.
   
   Mehparə Sultanova
   Ankara