Tanınmış rus-sovet kinorejissoru, ssenarist və aktyor Leonid İoviç Qayday 1923-cü il yanvarın 30-da İrkutsk şəhərində anadan olub. Atası İov İsidoroviç Qayday dəmiryolunda çalışıb. Qayday uşaqlıqdan aktyor olmaq arzusunda idi. Çarli Çaplinin iştirakı ilə çəkilmiş filmlərə isə baxmaqdan doymurdu.
   Orta məktəbin, dəmiryolçular klubunun dram dərnəklərində çıxış edirdi. Sonra o, Böyük Vətən müharibəsində (1941-1945) iştirak edir, döyüşlərin birində yaralanaraq ordudan tərxis olunur. 1947-ci ildə İrkutsk vilayətinin dram teatrında işıqçı və aktyor kimi çalışmağa başlayır, eyni zamanda teatr studiyasında təhsil alır.
   1949-cu ildə təhsilini davam etdirmək üçün Moskvaya gedir, Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Burada o, Qriqori Aleksandrovun sinfində dərs alır. Onun ilk ekran əsəri olan "O biri dünyadan nişanlı" (1958) komediyasından sonra senzura Qaydayı "antisovetçi" adlandırır. Amma "Köpək Barbos və qeyri-adi kross" (1961) filminin ekranlara çıxması ilə rejissor "bir gecənin içində" şöhrət qazanır. Bundan sonra onun çəkdiyi 20-dək filmin, demək olar ki, hamısı sevilir və tamaşaçılar tərəfindən indi də böyük həvəslə baxılır: "I" əməliyyatı və Şurikin macəraları ", "Qafqaz əsiri", "On iki stul", "Brilyant əl", "İvan Vasilyeviç peşəsini dəyişir" və s.
   Filmlərinin ssenarisini demək olar ki, həmişə Qayday özü yazırdı. Bu filmlərdə qəhrəmanların səsləndirdiyi bir çox ifadələr xalqın dilində zərb-məsələ çevrilmişdi. Onun “Brilyant əl” kinokomediyası prokatda birinci yer tutmuşdur. 70-ci illərdə daha çox rus klassiklərinin (İlf, Petrov, Bulqakov, Qoqol) əsərlərini ekranlaşdıran Qayday 1981-1988-ci illərdə “Fitil” kinojurnalı üçün müxtəlif maraqlı süjetlər çəkir.
   Rejissor tanınmış aktrisa Nina Qrebeşkova ilə ailə həyatı qurmuşdu. Onlar 40 il birlikdə yaşayıblar. Leonid Qayday 1993-cü il noyabrın 19-da vəfat edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar