Aprelin 14-də Xalça Muzeyində Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın “Təsadüf” adlı fərdi sərgisi keçiriləcək. Sərgidə 48 batika nümunəsi təqdim olunacaq. Bu əsərlər müəllifin “Simurq” və “Təsadüf” silsilələrindən olan rəsm nümunələridir.
Rəssamın 90-cı illərin sonlarından başlayaraq yaratdığı “Simurq” silsiləsi Azərbaycanın orta əsrlər miniatür sənətini və qotik kilsələrin monumental şəbəkələrini xatırladır. 2016-cı ilin oktyabrında rəssamın “İstidir, qaqaş” adlı sərgisi keçirilib. İ.Kostina yaratdığı silsilə əsərlərində gündəlik həyatın reallıqlarını qrotesk formada əks etdirir. Həmin rəsmlərdə qadın və kişi obrazları öz dolğun həyatlarını yaşayırlar.
Rəssam iki silsilədən olan elementləri birləşdirərək “Təsadüf” adlı yeni batik silsiləsi yaradıb. Sərgi mayın 2-dək davam edəcək.
Lalə