Aprelin 26-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində gənc rəssam Tural Bayramovun “Mənim səssiz dünyam” adlı fərdi rəsm sərgisi açılacaq.
ADRA-dan bildirilib ki, sərgidə gənc rəssamın 100-dək əl işi nümayiş olunacaq.
Aprelin 28-dək davam edəcək sərgidə fırça ustasının müxtəlif janrlı sənət əsərləri yer alacaq.