TÜRKSOY təşkilatının ənənəvi layihələrindən olan “Fotoqraflar görüşü" 14-cü dəfə 16-22 aprel tarixində "Türkistan 2017: türk dünyasının mədəniyyət paytaxtı" tədbirləri çərçivəsində baş tutacaq. 
   Layihənin məqsədi foto sənətini dəstəkləmək və türk xalqlarının bu sənətdə necə güclü olduqlarını dünyaya tanıtmaqdır. 
   Qeyd edək ki, "TÜRKSOY fotoqraflar görüşü" 2004-cü ildən etibarən keçirilir.
   TÜRKSOY, Cənubi Qazaxıstan Vilayəti Mədəniyyət Müdirliyi, Xalq Sənəti Mərkəzi və Vizual Sənətlər Muzeyi tərəfindən Türkistan şəhərində keçiriləcək budəfəki tədbirə 8 ölkədən 15 foto ustası dəvət olunub.
   Layihə çərçivəsində aprelin 21-də "14-cü TÜRKSOY Fotoqraflar görüşü" iştirakçılarının bölgədəki işlərindən ibarət ''Türk dünyası fotoqraflarının gözü ilə Türkistan” sərgisi açılacaq.
   
   Mehparə Sultanova
   Ankara