Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində milli geyimlərimizin interaktiv təqdimatı keçiriləcək.
Muzeydən bildirilib ki, tədbirdə Azərbaycan milli geyimlərinin xüsusiyyətlərinə həsr olunan mühazirə oxunacaq.
Mühazirədən əlavə arzu edənlər milli bədii tikmə sənəti üzrə ustad dərsində iştirak edə, bədii tikmə sənətinin rəngarəng ənənəvi texnikaları olan təkəlduz, güləbətin və doldurma ilə yaxından tanış ola bilərlər.