Mayın 7-də Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının Primorsk səhnəsində Adolf Adanın “Korsar” ikihissəli baleti nümayiş etdiriləcək.
Səhnə əsərinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı azərbaycanlı balet ustası Eldar Əliyevdir. Tamaşada Marius Petipanın xoreoqrafik fraqmentlərindən istifadə edilib. Balet, həmçinin Eldar Əliyevin librettosu əsasında (Anri Sen Jorj və Jozef Mazilyenin librettosunun motivləri üzrə) hazırlanıb.
Bakı Xoreoqrafiya Məktəbini bitirən E.Əliyev 1979-1992-ci illərdə Mariinsk Teatrının aparıcı solisti olub. 2016-cı ildə teatrın Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib.