Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Prezident yanında Elmin İnkişafı Fondu və digər qurumların əməkdaşlığı və təşkilatçılığı ilə Bakı şəhər məktəbliləri arasında 12 aprel - Kosmonavtika gününə həsr olunan ikinci yaradıcılıq müsabiqəsi keçirilib.
Müsabiqədə Bakı şəhəri üzrə fəaliyyət göstərən “Ekoklub”ların üzvləri və orta ümumtəhsil məktəbləri şagirdlərinin hazırladıqları kosmik robot və peyklərin quraşdırma modelləri, “yadplanetlilər”in maskaları, fantastik, bədii və cizgi filmlərinin qəhrəmanlarına həsr olunan rəsmlər nümayiş etdirilib. Yaradıcılıq işlərinə baxış keçirilib, dörd nominasiya üzrə qaliblər müəyyənləşdirilib, gənc tədqiqatçılara diplom, sertifikat və hədiyyələr verilib.
Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblı maraqlı konsert proqramı ilə çıxış edib.