Bu il Mədəniyyət və Turizm Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 60 ili tamam olur. Bununla əlaqədar bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Mərkəzin 10-12 aprel tarixində Xaçmazdakı Tarix-diyarşünaslıq muzeyində təşkil etdiyi “Mədəni irsi qorumaq naminə” adlı treninq-seminar və fotosərgi də bu qəbildəndir.
Regionlardakı muzey, qalereya, Heydər Əliyev mərkəzlərinin əməkdaşlarını Elmi Bərpa Mərkəzinin fəaliyyəti və bərpa işi ilə tanış etmək məqsədi daşıyan treninq-seminarda Xaçmaz, Şabran, Quba, Qusar rayonlarının mədəniyyət ocaqlarının əməkdaşları iştirak ediblər.
Lalə