Azərbaycan Memarlıq və İnşaat Universitetinin (Az.MİU) Dizayn kafedrasının müəllimləri Leyla Həsənova və Fəridə Qasımova Avropa İttifaqının Erasmus+ KA1 mübadilə proqramları çərçivəsində Portuqaliyada elmi məzuniyyətdə olublar.
   Müəllimlər Lissabon Universitetinin Memarlıq fakültəsinin xarici bölməsinin bakalavr pilləsində təhsil alan tələbələr qarşısında dərs proqramları ilə çıxış ediblər. 
   Leyla Həsənovanın “Dizaynda forma yaratmağın prinsipləri” mövzusunda hazırladığı dərs proqramını müasir memarlıq və dizaynda forma yaratmağın prinsipləri əvvəlcə müstəvi üzərində, daha sonra həcm və fəzada açıqlanıb. Dərslər dünya memarlıq və dizayn nümunələrinin, tələbə işlərinin nümayişi ilə keçirilib.