Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə müsabiqə 
   
   18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü ilə əlaqədar Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda ənənəvi olaraq ekskursiyalar təşkil edilir. Bu dəfə həmçinin rayon məktəbliləri arasında “Keşikçidağ gənc rəssamların fırçalarında” adlı rəsm müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. 
   Bununla əlaqədar gənc rəssamların qoruğa yürüşü təşkil olunub. Keşikçidağ mağaralar kompleksindəki abidələrin canlı şahidi olan gənclərin çəkdikləri 60-a qədər rəsm Ağstafa şəhər Heydər Əliyev Mərkəzində təşkil ediləcək sərgidə nümayiş olunacaq, qaliblər mükafatlandırılacaq. Bununla yanaşı əvvəlki illərdə gənc rəssamların Keşikçidağla bağlı çəkdikləri 150-yə yaxın rəsm də sərgidə təqdim olunacaq.