Şəki şəhər Mədəniyyət evində şairə və əl işləri ustası Gülşad Nuraninin yaradıcılığının 40 illiyi qeyd olunub. Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova və digər çıxış edənlər Gülşad Nuraninin yaradıcılığından söz açıblar. Gecədə şairənin şeirləri və sözlərinə bəstələnmiş mahnılar səslənib.
İştirakçılar Gülşad Nuraninin əl işlərindən ibarət sərgi ilə də tanış olublar.