Aprelin 18-də İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib. Milli Televiziya və Radio Şurasından verilən məlumata görə, iclasda təşkilati məsələyə baxılıb.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.