Aprelin 14-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Berlin Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux ilə görüşüb.
Görüş zamanı nazirliklə Berlin Humboldt Universiteti arasında əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi imkanları, həmçinin Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd olunması çərçivəsində müvafiq tədbirlərin təşkili müzakirə olunub. Yubiley tədbirləri ilə əlaqədar il ərzində Bakı, Göygöl, Gürcüstan və Ukraynada “Almanların Vürtemberq və Qafqaz arasında vətən axtarışı” başlıqlı fotosərginin təşkilindən bəhs edilib, nazir müavini bununla bağlı tövsiyə və tapşırıqlarını bildirib.
Professor Eva Maria Aux Azərbaycan Turizm və Menecment Universiteti ilə Almaniya Əməkdaşlıq Təşkilatı (GİZ) tərəfindən həyata keçirilən “Keçmiş alman məskənlərinin izləri olan Azərbaycanın qərb regionu üzrə beynəlxalq bazara təqdim oluna biləcək davamlı turizm məhsulunun yaradılması və təbliği” layihəsində iştirak məqsədilə ölkəmizə gəlib.