İranın səfirliyinin ölkəmizdəki Mədəniyyət Mərkəzinin kino zalında Azərbaycanda İran kinosu həftəsinin açılış mərasimi olub. Tədbirdə İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami və Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri çıxış edərək ölkələrinin kino sahəsində nailiyyətlərindən danışıblar. Bildirilib ki, il ərzində İranda yüzdən artıq tammetrajlı filmlər və teleseriallar çəkilir.
   Azərbaycan və İran kinematoqrafçılarının birgə işini yüksək qiymətləndirən natiqlər son vaxtlar hər iki ölkədə ekranlaşdırılan filmləri yüksək qiymətləndiriblər. Həftənin ilk günündə rejissor Məcid Məcidinin “Sərçələrin nəğməsi” filmi nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar