UNESCO-nun Dünya İrs Komitəsinin 41-ci sessiyası iyulun 2-dən 12-dək Polşanın Krakov şəhərində keçiriləcək.
Polşa Baş nazirinin müavini, mədəniyyət və milli irs naziri Pyotr Qlinski bildirib ki, bu tədbirin Krakovda təşkil edilməsi onun ölkəsi üçün böyük etimaddır. O, qeyd edib ki, builki sessiya hərbi əməliyyatların vurduğu ziyan və ekstremizmin mədəni irsi təhdid etməsi məsələlərinə həsr olunub. Polşalı nazir xüsusən Suriyada tarixi abidələrin zərər çəkdiyi Hələb və Palmira şəhərlərini nümunə gətirib.
UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası 1972-ci il tarixli “Dünya mədəni və təbii irsinin qorunub saxlanılması haqqında” Konvensiyanın tədqiqinə dair 21 üzv dövlətin nümayəndələrinin ənənəvi görüşüdür. Konvensiyanın iştirakçısı olan 170 ölkənin nümayəndə heyətləri görüşə müşahidəçi qismində qatılırlar.