Aprelin 21-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əblucun 75 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Həmin gün paytaxtın 24 nömrəli Uşaq musiqi məktəbində isə Xalq artisti, unudulmaz xanəndə Hacıbaba Hüseynovun xatirəsinə həsr olunmuş ədəbi-bədii muğam məclisi təşkil ediləcək.