Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi artıq bir neçə ildir ki, gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlara ailə dəyərlərinin aşılanması məqsədilə “Azərbaycan ailəsi” adlı film festivalı keçirir. Fevralın 9-da bu sıradan növbəti festivala start verildi. 
      
   “Azərbaycan ailəsi-2011” film festivalının açılışına həsr olunmuş tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva 2009-cu ildən təşkil olunan festivalın Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə birgə layihə çərçivəsində keçirildiyini dedi: “Müsabiqənin əsas məqsədləri kinematoqrafiyanın imkanlarından istifadə etməklə ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq, ailə dəyərlərinə marağı artırmaq, gənc ailələrə yüksək mənəvi dəyərlərin aşılanması, bu yöndə maarifləndirmə işlərinin aparılması üçün videomateriallardan ibarət fondun yaradılmasıdır”.
   Müsabiqənin münsiflər heyətinin rəhbəri Əməkdar incəsənət xadimi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev ölkəmizdə kinonun inkişafına töhfə olacaq belə bir müsabiqənin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirdi: “Festival humanist ideyaları təbliğ edir. Gənclərə kino aləmində özlərini sınamağa geniş imkanlar yaradır”.
   Onu da qeyd edək ki, ictimaiyyətin tanınmış nümayəndələrindən ibarət münsiflər heyəti təşkilat komitəsinə təqdim olunan filmlərlə bağlı dörd nominasiya üzrə öz seçimlərini aparacaq və festivalda qalib gələn filmlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqəyə təqdim olunan filmlərin mövzusu milli ailə dəyərləri, ailədə valideyn-uşaq münasibətləri, valideynlərin məsuliyyəti, gənclərin ailə həyatına hazırlığı, çoxuşaqlı ailələr və onların cəmiyyətdə rolu, sağlam və nümunəvi ailələrin təbliği, ailə problemləri (məişət zorakılığı, erkən nikahlar, qan qohumluğu və onun yaratdığı fəsadlar) və onlarla mübarizə, uşaq baxımsızlığı, müasir Azərbaycan ailəsi mövzularını əhatə edəcək.
   Üç ay davam edəcək “Azərbaycan ailəsi - 2011” film festivalına materialların təqdim edilməsi aprelin 25-də yekunlaşacaq. Festivalın bağlanış mərasimi mayın 12-də keçiriləcək.
   
   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar