Ağcabədi rayon MKS-nin Yeni Qaradolaq kənd kitabxanasının təşkilatçılığı ilə kənd orta məktəbində “Ağ ölümə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
MKS-nin direktor müavini Təranə Məmmədova “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində mədəniyyət ocaqlarında tədbirlər təşkil edildiyini diqqətə çatdırıb.
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Azər Əliyev, kənd orta məktəbin direktoru Şərqiyyə Hüseynova və başqaları qeyd ediblər ki, narkomaniya bəşəri bəladır və onunla mübarizədə bütün cəmiyyət səfərbər olmalıdır.