Mayın 2-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda “Gənc rəssamların qrup sərgisi” adlı sərgi açıldı.
Tədbiri giriş sözüylə ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq sərgilənən əsərlərin müəlliflərini təbrik etdi, onlara yeni uğurlar dilədi, bəzilərinə diplomlar təqdim etdi.
Sərgidə Azərbaycan təsviri sənətinin gənc nümayəndələri - Bütünay və Həsən Haqverdiyevlər, Bəhruz Kəngərli, Kamal Əlizadə, Mehriban Şəmsəddinskaya, Fidan Novruzova, Fərəh Mirzəyeva, Rahib Qarayev, Zamiq Rzayev, Elnarə Səfərova, Nərgiz Quliyeva, Ülkər Məmmədzadə və başqalarının rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət örnəklərindən ibarət 100-dən çox əsəri nümayiş olunur. Tədbir bir həftə davam edəcək.
S.Qaliboğlu