Tanınmış sənədli filmlər rejissoru Ziya Şıxlinski “Debüt” kinostudiyasında çəkdiyi filmi başa çatdırıb. Rejissor bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi “Fotorəssam” filmi Parisdə yaşayan əslən İrandan olan azərbaycanlı Rza Deqatiyə həsr olunub.
   Dünyanın 110-dan çox ölkəsində olmuş fotojurnalist müxtəlif qaynar nöqtələrdən, o cümlədən Azərbaycan, Əfqanıstan, Ruanda, İran və Sarayevodan fotoreportajları ilə tanınır. O, Roma Papasının, budda kahinlərinin şəkillərini çəkib.
   Rza Deqati Azərbaycan tarixinin ən faciəli günlərində ölkəmizdə olub, Xocalı soyqırımını, 20 Yanvar faciəsini fotoşəkillərdə əbədiləşdirib.
   Paris metrosu stansiyalarından birini onun böyük fotoəsəri bəzəyir. Sonuncu reportajlarının səsi hazırda inqilab dalğasına bürünmüş Qahirədən və digər ərəb ölkələrindən gəlir.
   “Fotorəssam” filminin Novruz bayramına həsr olunmuş premyerasına onun qəhrəmanı - “sərhədsiz fotoreportyor” Rza Deqatinin özü də qatılmaq niyyətindədir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar