Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə “Var şirin sözü Vaqifin” adlı ədəbi-bədii gecə keçirilib. 
   Kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova şairin yaradıcılığından danışaraq, onun Azərbaycan ədəbiyyatında və tarixində rolu haqqında məlumat verib. 
   Tədbir İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış bədii hissə ilə davam etdirilib. Vaqifin qoşmaları saz ilə səslənib, S.Vurğunun “Vaqif” dramından səhnəciklər nümayiş etdirilib.