Dünya kino aləminin maraqla gözlədiyi 83-cü “Oskar” mükafatı mərasimi bu dəfə fərqli şəkildə gerçəkləşəcək. Bu barədə mətbuata tədbirin prodüseri Don Mişer məlumat verib. “Oskar” təqdimatında xüsusilə səhnə tərtibatında dəyişikliklər olacaq və əvvəlki dizayndan fərqli olaraq mükafata namizəd filmlərdən hazırlanmış qısa çarxlar burada öz əksini tapacaq. Bu, nəinki təqdimat zalında, o cümlədən televiziya ekranı arxasındakı tamaşaçıları belə darıxmağa qoymayacaq. Don Mişer mətbuata verdiyi açıqlamasında səhnədə filmlərdən kiçik epizodların, məşhur yığıncaqların, hətta kino janrlarından ibarət görüntülərin də yer alacağını bildirib. Gecədə bu il 10 illik yubileyini qeyd edən və ayrıca kateqoriya hesab edilən animasiya filmlərinə də yer ayrılacaq. Xatırladaq ki, Amerika Kino Akademiyasının 83-cü “Oskar” mərasimi fevralın 28-də keçiriləcək.
   
   Vəfa Zeynalova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar