Azərbaycan-Britaniya kollecində 3 may - Türkçülük günü münasibətilə tədbir keçirilib. Qazaxıstan və Qırğızıstanın ölkəmizdəki diplomatlarının, Tatarıstan və Dağıstan nümayəndələrinin qatıldığı tədbirdə Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin "Alov" və "Səbinə" rəqs qrupları, nağaraçalanlar və xalq çalğı alətləri ansamblı çıxış edib, balaca rəssamların əl işləri nümayiş etdirilib.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları da kollecin qonağı olub. Mərkəzin əməkdaşları bərpaçılıq sənəti, ölkə muzeylərinin eksponatlarının bərpası və konservasiyası haqqında məlumat veriblər. Mədəniyyət nümunələrinin bərpa prosesini əks etdirən fotosərgi və ağac, tikmə və keramika nümunələrinin timsalında bərpa üsulları interaktiv şəkildə nümayiş olunub. Kollecin rəhbərliyi tərəfindən hər iki mədəniyyət müəssisəsinə tədbirdə iştiraka və göstərilən dəstəyə görə diplomlar təqdim edilib.
Lalə