83-cü “Oskar” mükafatlarının qalibləri bəlli oldu
   
   Fevralın son günü dünya kinosu üçün Amerika Kino Akademiyasının “Oskar” mükafatları qaliblərinin elan olunması ilə yadda qaldı. ABŞ-ın Los-Anceles şəhərində keçirilən 83-cü “Oskar” mükafatlarının təqdimat mərasimi sürprizsiz ötüşüb. Gözlənildiyi kimi, “ən yaxşı film” nominasiyasında qalib adını bu sırada əsas favorit sayılıan “Kral danışır!” tarixi filmi qazanıb.
      
   Qeyd edək ki, bu ekran əsəri ilə yanaşı, əsas mükafat uğrunda daha 9 kinolent - \"Qara qu quşu\", \"Döyüşçü\", \"Uşaqlar qaydasındadır\", \"127 saat\", \"Oyuncaqlar əhvalatı-3\", \"Dəmir tutum\", \"Qış sümüyü\", \"Başlanğıc\" və \"Sosial şəbəkə\" filmləri də mübarizə aparırdı. 1943-cü ildən bəri ikinci dəfədir ki, \"Oskar\"ın “Ən yaxşı film” nominasiyasına 5 yox, 10 film namizəd olub.
   \"Kral danışır!\" filminin rejissoru Tom Huper \"Ən yaxşı rejissor\" nominasiyasında \"Oskar\" alıb. Filmdə baş rolun ifaçısı Kolin Fert \"Ən yaxşı aktyor\" nominasiyasının qalibi olub. Kəkələmə ilə mübarizə aparmış Britaniya kralı VI Georq barədə çəkilmiş film 12 nominasiyada \"Oskar\"a namizəd olsa da, 4 nominasiyada qalib seçilib. Film \"Ən orijinal ssenari\" nominasiyasında da birinci olub.
   \"Ən yaxşı əcnəbi film\" nominasiyasında danimarkalı rejissor Suzann Birin \"Qisas\"ı qələbə çalıb.
   \"Ən yaxşı qadın rolu\" nominasiyasında \"Oskar\"a \"Qara qu quşu\" filmindəki roluna görə Natali Portman layiq görülüb.
   \"Sosial şəbəkə\" filminin musiqisinin bəstəkarları Trent Reznor və Attikus Ross \"Ən yaxşı saundtrek\"ə görə \"Oskar\"a sahibləniblər.
   \"Ən yaxşı ssenari\" nominasiyasının qalibləri \"Kral danışır!\" və \"Sosial şəbəkə\" filmləri olublar. \"Kral danışır\"ın ssenari müəllifi Devid Seydler karyerasında ilk \"Oskar\"a yiyələnib.
   İlin ən yaxşı cizgi filminə gəldikdə isə, 2010-cu ilin nəticələrinə görə \"Oyuncaqlar əhvalatı. Böyük qaçış\" bütün rəqiblərini qabaqlayıb. Cizgi filmin yaradıcısı Li Uinkrik də ilk dəfə \"Oskar\" alıb.
   “İkinci planda ən yaxşı qadın rolu” nominasiyasında mükafatı \"Oskar\"a iki dəfə namizəd olan, yalnız bu dəfə sevinən Melissa Leo (\"Döyüşçü\") alıb. “İkinci planda ən yaxşı kişi rolu”nda qalib \"Döyüşçü\" filmindəki roluna görə Kristian Beyl olub.
   Bədii tərtibat və dekorasiyaların keyfiyyətinə görə \"Oskar\"ı \"Alisa möcüzələr diyarında\" filmi alıb. Həmin film kostyumların dizaynına görə də \"Oskar\"a layiq görülüb.
   \"Ən yaxşı orijinal mahnı\" mükafatı \"Oyuncaqlar əhvalatı\"ndan \"We Belong Together\" mahnısına verilib.
   \"Ən yaxşı sənədli film\" nominasiyasının qalibi isə Çarlz Ferqüsson və Odri Marrsın \"Daxili iş\" lentidir.
   \"Oskar\"ın təqdimat mərasiminin aparıcılığını 33 yaşlı Ceyms Franko və 28 yaşlı Enn Heteuey həyata keçirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar