Yeni bədii film çəkilir
   
   “Salnamə” kinostudiyası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hərbi-vətənpərvərlik mövzusunda “Mən evə qayıdıram” bədii filminin istehsalına başlayıb. Müdafiə Nazirliyinin yardımı ilə ərsəyə gələcək filmin ilk çəkilişləri artıq başlayıb. Filmin quruluşçu rejissoru Samir Kərimoğlunun bildirdiyinə görə, çəkilişlər Qubada aparılıb: “Filmin çəkilişlərinə fevralın 26-da start verdik və bu da təsadüfi deyil. Xocalı soyqırımının 19-cu ildönümündə başladığımız film düşməni diz üstə çökdürən oğullarımızın xatirəsini əbədiləşdirəcək”.
   Qeyd edək ki, “Mən evə qayıdıram” filminin quruluşçu rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəliyev, icraçı prodüseri Nazim Hüseynov, direktoru Mahir İbrahimov, quruluşçu operatoru Ayxan Salar (Almaniya), quruluşçu rəssamı Əziz Məmmədovdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar