Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın “Sahil bağı”nda rayon məktəbliləri və gənc rəssamların “Heydər Əliyev və Azərbaycan” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisi keçirilib.
Ümummilli liderin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində baş tutan sərgiyə 200-dən çox məktəbli və 100-dək gənc rəssam qatılıb.
Sərgidə ulu öndərin portretləri, habelə mənzərə və gül kompozisiyalarını əks etdirən müxtəlif əl işləri yer alıb. Sərgi paytaxt sakinləri və parka toplaşan şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanıb.
Azərbaycan Rəssamlar İttifaqı, rayon Uşaq yaradıcılıq mərkəzi nümayəndələrinin iştirakı ilə yaradılmış münsiflər heyəti tərəfindən qaliblər mükafatlandırılıb.