Mədəniyyət və Turizm Nazirliyi martın 11-də saat 19-da “Azərbaycan” kinoteatrında C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası və «Butafilm» prodüser mərkəzinin birgə istehsalı olan «Buta» bədii filminin təqdimatını keçirəcək. Filmin rejissoru İlqar Nəcəf, ssenari müəllifləri İlqar Nəcəf və Ramiz Fətəliyev, quruluşçu operatoru Georgi Beridze, quruluşçu rəssamu Əziz Məmmədov, bəstəkarı Cavanşir Quliyev, prodüserləri Xamis Muradov və İlqar Nəcəfdir. Baş rollarda Rafiq Əzimov, Tofiq Əliyev, rollarda Elnur Kərimov, Ləman Nəbiyeva, Arzu İsayeva, Mirmöhsün Mirzəyev, Bahadır Səfiyev, Kimyaxanım Daşdıyeva, Süleyman Nəcəfov və başqaları çəkiliblər.