Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2008-ci ildə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, yeniləşən cəmiyyətimizdə milli-mənəvi dəyərlər mövzusunu kino vasitəsilə əks etdirmək, həmçinin kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq və audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Bu meydan, bu ekran - 2011» kino layihələri müsabiqəsi elan edilmişdir.
   Müsabiqəyə işləri film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər təqdim edə bilər.
   Müsabiqəyə təqdim olunan sənədlər eyni deviz altında olan iki bağlı zərfdə 2011-ci il aprelin 30-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunur: AZ1000, Bakı şəhəri, Hökumət evi, 3-cü mərtəbə, 329-cu otaq, tel: 493-21-15, 498-20-46.
   
   Üzərində deviz qeyd edilən birinci zərfə aşağıdakı sənədlər daxil edilir:
   - çəkilişi rəqəmsal daşıyıcıda nəzərdə tutulan, istənilən janr, format, uzunluqda olan filmin ədəbi ssenarisi;
   - filmin rejissoru (35 yaşa qədər olmalıdır), ssenari müəllifi və prodüserinin gələcək film haqqında hər biri 1 səhifəlik şərhi;
   - layihənin təxmini, lakin 30 min manatdan çox olmayan smeta dəyəri;
   - filmin istehsal müddəti haqqında məlumat.
   Birinci zərfdəki sənədlərdə müəlliflərin və şirkətin adları qeyd olunmur.
   Eyni deviz qeyd edildiyi ikinci bağlı zərfin içində müsabiqə iştirakçısı olan şirkətin adı, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, poçt və bank rekvizitləri, həmçinin rejissorun, ssenari müəllifinin, prodüserin adları və əlaqə telefonları qeyd olunmalıdır. Sənədlər paketi tam olmadığı halda layihəyə baxılmayacaqdır.
   Münsiflər heyətinin rəyi əsasında beş ən yaxşı layihə müəyyən ediləcəkdir.
   Qaliblərin adları 2011-ci il mayın birinci ongünlüyündə nazirliyin www.mct.gov.az saytında və «Mədəniyyət» qəzetində açıqlanacaq.
   2010-cu il ərzində qalib layihələr onları təqdim etmiş şirkətlərdə dövlət sifarişi ilə istehsalata buraxılacaqdır.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar